Xankəndi. Trend:
2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərə köçürüləcək ailə və əhali sayı barədə məlumata əsasən qaz tələbatı nəzərə alınaraq, Qorçu və Qoşasu kəndləri təbii qazla təchiz ediləcək.
Trend-in yerli müxbiri xəbər verir ki, bunu Qaz İxrac İdarəsinin birinci müavini Sərxan Babaşov "Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında deyib.
O bildirib ki, qaz kəmərlərinin polad yox, polietilen boru ilə çəkilməsi planlaşdırılıb.
"Bu səbəbdən qaz kəmərlərinin layihələri "Azəriqaz” İB-nin Layihə konstruktor bürosu tərəfindən yenidən işlənilir.
Qorçu və Qoşasu Qaz Tənzimləyici Məntəqələrinin tikintisi "Azəriqaz” İB tərəfindən gələcək illərdə köç proqramına və qaz tələbatına uyğun olaraq nəzərdə tutulub", - deyə o əlavə edib.
