...

DVX xəttilə dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

İqtisadiyyat Materials 10 İyun 2025 13:03 (UTC +04:00)
DVX xəttilə dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 843,3 milyon manata yaxın vergi daxil olub, proqnoza 105,7 faiz əməl edilib.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 344,2 milyon manat və ya 4,6 faiz artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 716,2 milyon manata yaxın təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,1 faiz çox olub.

Ödənilən vergilərin 72,9 faizi qeyri-neft-qaz sektorunun, 27,1 faizi isə neft-qaz sektorunun payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti