Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 10 milyard 860,4 milyon manat olub.
Bu barədə Trend-ə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin 4 ayı ilə müqayisədə 4,7% çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə ilə müqayisədə 2,3% artaraq 6 milyard 5,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7% artaraq 4 milyard 854,5 milyon manata bərabər olub.
İstehlak məhsullarının 39,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,7%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6%, qeyri-ərzaq malları üzrə 6,4% artıb.