...

Azərbaycan və Özbəkistanın birgə yol xəritəsi 30-dan çox layihəni əhatə edir - Yusif Abdullayev

İqtisadiyyat Materials 11 İyun 2025 09:32 (UTC +04:00)
Azərbaycan və Özbəkistanın birgə yol xəritəsi 30-dan çox layihəni əhatə edir - Yusif Abdullayev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistanın birgə yol xəritəsi 30-dan çox layihəni əhatə edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, investisiyaların cəlb edilməsi Azərbaycanın əsas prioritetlərindən biri olaraq qalır.

Abdullayev səmərəli əməkdaşlığa görə Özbəkistanın İnvestisiya, Ticarət və İnfrastrukturun İnkişafı Nazirliyinə minnətdarlığını bildirib.

O, elektron ticarət, tikinti kimi sahələrdə fəal əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

"İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycan üçün çox vacibdir. Özbəkistanın ən fəal şirkət qruplarından biri tekstil klasterlərinin yaradılması üçün yaşayış komplekslərinin tikintisi ilə bağlı ciddi danışıqlar aparır", - Abdullayev bildirib.

O əlavə edib ki, aqrar sahədə artıq konkret nəticələr var.

"Pambıq klasteri layihəsi çərçivəsində biz 2 min hektar sahədə əkin aparmışıq və bu rəqəmi 6 min hektara çatdırmağı planlaşdırırıq. Bu mövsüm daha bir neçə hektar sahə hazırlanıb və biz artıq ilk məhsulu gözləyirik", - o qeyd edib.

Onun sözlərinə görə, sənaye kooperasiyasına da xüsusi diqqət yetirilir.

"İnfrastruktur və avtomobil sənayesində ənənəvi əməkdaşlıq davam edir. Hazırda yığma zavodu fəaliyyət göstərir, burada artıq 9 min "Chevrolet" avtomobili istehsal edilib. Bu, "Made in Azerbaijan" və "Made in Uzbekistan" brendlərini gücləndirir", - Abdullayev vurğulayıb.

O, şəhərsalma sahəsində Bakıda yeni layihənin həyata keçirilməsi perspektivlərini qeyd edib. “İyunun 4-5-də nümayəndə heyəti “Ağ şəhər” ərazisinə səfər edib və biz əminik ki, layihə yaxın vaxtlarda həyata keçiriləcək”.

Abdullayev sonda iki ölkə arasında ticarət əlaqələrinin dinamik inkişafını qeyd edib:

“Biz ticarət missiyasının işi ilə bağlı məsələləri müzakirə etdik və onun fəaliyyətə başlaması ilə əməkdaşlığımızın əlavə təkan alacağını gözləyirik”, - deyə o, yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti