...

Nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin qiymətləri indeksi aylıq ifadədə azalıb

İqtisadiyyat Materials 11 İyun 2025 11:39 (UTC +04:00)
Nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin qiymətləri indeksi aylıq ifadədə azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprel ayı üzrə Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin qiymət indeksində müəyyən dəyişikliklər müşahidə olunub.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə aprel ayında nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin qiymət indeksi əvvəlki aya nisbətən 2,5 faiz bəndi azalaraq 97,5 faiz təşkil edib.

Sözügedən sektor üzrə qiymət indeksi ötən ilin aprel ayı ilə müqayisədə isə 0,2 faiz bəndi artaraq, 100,2 faizə bərabər olub.

Hesabat ayında poçt və kuryer xidmətlərində qiymət indeksi aylıq ifadədə 0,6 faiz bəndi artaraq, 100,6 faiz, illik müqayisədə isə 3,5% artaraq 103,5 faiz təşkil edib.

Rabitə xidmətlərində isə indeks sabit olaraq 100% səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti