...

Azərbaycan Türkiyə ilə Qarabağda tingçilik mərkəzi tikir

İqtisadiyyat Materials 13 İyun 2025 14:51 (UTC +04:00)
Azərbaycan Türkiyə ilə Qarabağda tingçilik mərkəzi tikir
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi.Trend:

Qarabağda müasir texnologiyalar əsasında yeni tingçilik təsərrüfatı yaradılır. İşğal dövründə ermənilər tərəfindən məhv edilmiş yaşıllıq sahələrinin bərpasında bu tinglərdən istifadə ediləcək. Məhv edilmiş yaşıllıq sahələrini sürətli şəkildə bərpa etmək üçün yaradılan ağıllı ting təsərrüfatında müxtəlif növ ağac və gül kollarından ibarət tinglər yetişdiriləçək.

Trend xəbər verir ki, bu fikirləri Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

"Bir il ərzində bu təsərrüfatda 2 milyona yaxın ting yetişdiriləcək. Türkiyə və Azərbaycanla birgə Cəbrayıl rayonu ərazisində yeni tingçilik təsərrüfatı mərkəzi də tikilir.

Bu mərkəzin ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da Türkiyə erməni işğalı zamanı məhv edilmiş meşə örtüyünün bərpasına da mühüm töhfə verəcək", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti