...

Mərkəzi Bank “Bakı Fond Birjası”nı cərimələyib

İqtisadiyyat Materials 13 İyun 2025 17:07 (UTC +04:00)
Mərkəzi Bank “Bakı Fond Birjası”nı cərimələyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Fond Birjası" QSC-ni (BFB) və onun vəzifəli şəxslərini cərimələyib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, tənzimləyici qurum tərəfindən “Bakı Fond Birjası” QSC-də aparılmış hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlərin vaxtında icra edilməməsinə görə “Bakı Fond Birjası” QSC İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən 6000 manat məbləğində, BFB-nin vəzifəli şəxsi isə Mərkəzi Bank tərəfindən 1500 manat məbləğində cərimələnib.

Bundan əlavə, qeyd olunub ki, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti