...

“Fitch Ratings” Azərbaycanın reytinqini “BBB-” səviyyəsində təsdiqləyib

İqtisadiyyat Materials 14 İyun 2025 03:00 (UTC +04:00)
“Fitch Ratings” Azərbaycanın reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (“EDR”) “BBB-“ səviyyəsində, stabil proqnozla təsdiqləyib.

Trend xəbər verir ki, agentliyin açıqlamasında bildirilir ki, bu reytinq Azərbaycanın güclü xarici balansı, “BBB” kateqoriyasında ən aşağı dövlət borcu səviyyəsi və böyük suveren rifah fondunun aktivləri sayəsində yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

Agentlik qeyd edib ki, Azərbaycanın 2025-ci ilin sonuna strateji ehtiyatları 74 milyard dollar səviyyəsində qiymətləndirilir (2022-ci illə müqayisədə 5,9 milyard dollar artım). Proqnozlara görə, suverenin xalis xarici aktivləri 2025-2026-cı illərdə orta hesabla ÜDM-in 67%-ni təşkil edəcək ki, bu da “BBB” və “A” reytinqləri üçün median göstəricilərdən əhəmiyyətli dərəcədə yüksəkdir.

Xəbər lenti

Xəbər lenti