...

Azərbaycanın beynəlxalq ehtiyatları və Neft Fondunun aktivləri 2025-ci ildə 74 milyard dollar olacaq - “Fitch”

İqtisadiyyat Materials 14 İyun 2025 03:43 (UTC +04:00)
Azərbaycanın beynəlxalq ehtiyatları və Neft Fondunun aktivləri 2025-ci ildə 74 milyard dollar olacaq - “Fitch”
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın beynəlxalq ehtiyatları və Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin sonuna 74 milyard ABŞ dolları təşkil edəcək ki, bu da ölkənin ümumi daxili məhsulunun (ÜDM) 98,4 faizinə bərabərdir.

Trend xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings” məlumat yayıb.

Agentliyin qiymətləndirməsinə əsasən, ARDNF-nin aktivləri 2025–2026-cı illərdə neftin orta qiymətinin bir barrel üçün 65 dollar olacağı proqnozu fonunda təxminən 62 milyard ABŞ dolları (ÜDM-in 79,3 faizi) səviyyəsində sabit qalacaq.

“Fitch” həmçinin qeyd edir ki, Azərbaycanın xalis xarici aktivlərinin 2025–2026-cı illərdə orta hesabla ÜDM-in 67 faizinədək yüksələcəyi gözlənilir. Bu göstərici “BBB” və “A” reytinq kateqoriyaları üçün orta səviyyədən əhəmiyyətli dərəcədə yüksəkdir.

Agentlik cari hesab balansının profisitinin neft qiymətlərinin sabitləşməsi nəticəsində 2025-ci ildə ÜDM-in 5,3 faizinədək, 2026-cı ildə isə 4,9 faizinədək azalacağını proqnozlaşdırır. Müqayisə üçün, 2021–2024-cü illər ərzində bu göstərici orta hesabla 15,6 faiz olub. Eyni dövrdə “BBB” kateqoriyalı ölkələr üzrə median göstərici cəmi 0,4 faiz təşkil edib.

“Fitch” analitikləri hesab edirlər ki, Azərbaycanın neft ixracının orta və uzunmüddətli dövrdə artması mümkündür. Bu artım əsasən “Qarabağ” neft yatağının işlənməsi və quruda həyata keçiriləcək şist nefti hasilatı layihələri hesabına baş verə bilər.

Xəbər lenti

Xəbər lenti