Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,6 %-ə enəcəyini proqnozlaşdırır.
Trend agentliyin hesabatına istinadən xəbər verir.
“Bu göstəricilər Mərkəzi Bankın hədəf diapazonunda (4 % ± 2 faiz bəndi) qalır”, – “Fitch” bildirir.
Agentliyin analitikləri davam edən inflyasiya risklərini və ehtiyatlı monetar siyasəti nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 2026-cı ilə qədər azaldacağını gözləmir.
Hesabata görə, ölkədə illik inflyasiya 2025-ci ilin yanvar-may aylarında 5,9 %-ə çatıb. “Bu, qismən keçən ilin aşağı baza effekti və 2025-ci ilin birinci rübündə minimum əmək haqqının artırılması ilə bağlıdır”, – vurğulanır.