Bakı. Trend:
Bu ilin yanvar-iyun ayları ərzində 123 min 192 texniki pasport tərtib edilib, 28 min 926 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Trend bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, hesabat dövründə daşınmaz əmlak üzərində 173 min 383 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 30 min 352-si (17,5%) ilkin, 143 min 31-i (82,5 %) isə təkrar qeydiyyatın payına düşür.
Bununla yanaşı, fərdi yaşayış və bağ evi üzərində 31 min 211, mənzil üzərində 42 min 999, torpaq sahəsi üzərində 92 min 787, qeyri-yaşayış binası üzərində 1 444, qeyri-yaşayış sahəsi üzərində 4 min 504, əmlak kompleksi üzərində 358, çoxmərtəbəli yaşayış binası üzərində 77 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 46 min 762-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.