Bakı. Trend:
Xocavənd rayonunun Hadrut və Tuğ kəndi yaşayış məntəqəsinin tikintisinə müəllif nəzarəti xidməti aparılacaq.
Trend-in məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.
Belə ki, qurum sözügedən işlərin icrasını Türkiyənin "Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialına həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 82 175 manat ödənilib.
Hadrut və Tuğ kəndlərinin tikintisinə müəllif nəzarəti xidmətini göstərəcək sözügedən 2020-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Şirkətin Azərbaycan filialının qanuni təmsilçisi Turan Ahmet Hakan adlı şəxdir.
Qeyd edək ki, Hadrut və Tuğ kəndləri Ermənistan Silahlı Qüvvələri tərəfindən 30 ildən artıq müddətdə işğal altında qalıb. 2020-ci ildə Vətən müharibəsi zamanı sözügedən kəndlər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.