...

AİB Azərbaycanın "Qırmızı körpü" məntəqəsinin fəaliyyətini yüksək qiymətləndirib

İqtisadiyyat Materials 5 Avqust 2025 10:50 (UTC +04:00)
AİB Azərbaycanın "Qırmızı körpü" məntəqəsinin fəaliyyətini yüksək qiymətləndirib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Sərhədlərarası ticarət və nəqliyyat əlaqəliliyi indeksinin (CBTTFI) son təhlilinə əsasən, Azərbaycanın sərhədində yerləşən “Qırmızı körpü” buraxılış məntəqəsi yüksək səmərəlilik nümayiş etdirib.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında deyilir.

Ümumi bal 71 faiz təşkil edib ki, bu da regionda təhlil edilən altı sərhəd-keçid məntəqəsi arasında ən yaxşı nəticələrdən biridir.

Azərbaycan məntəqəsinin ən üstün cəhətləri aşağıdakı kateqoriyalarda qeydə alınıb:

  • gömrük prosedurları və rəsmiyyətləri — 79 faiz;
  • gömrük orqanları arasında əlaqələndirmə — 77 faiz;
  • tranzit infrastrukturunun dəstəklənməsi — 64 faiz.

Təhlil çərçivəsində, həmçinin, Gürcüstan, Özbəkistan, Pakistan və Türkmənistanda yerləşən məntəqələr də araşdırılıb. Ən yüksək ümumi balı Özbəkistanda yerləşən “Yallama” məntəqəsi toplayıb — 77 faiz, Pakistanın “Torkham” məntəqəsi isə gömrük əlaqələndirməsi (88 faiz) və tranzit dəstəyi (82 faiz) üzrə lider olub. Türkmənistandakı məntəqələr isə nəqliyyat tənzimlənməsi sahəsində ən yüksək — 100 faiz göstəriciyə sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti