...

Azərbaycan iqtisadiyyatı böyüyüb

İqtisadiyyat Materials 12 Avqust 2025 12:07 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı böyüyüb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında ölkədə 72429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artmışdır.

ÜDM istehsalının 35,0 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,0 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7076,9 manata bərabər olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti