...

İKZF-nin istiqrazlarının 100 milyon manatlıq emissiyasının növbəti tranşı yerləşdiriləcək

İqtisadiyyat Materials 12 Avqust 2025 15:22 (UTC +04:00)
İKZF-nin istiqrazlarının 100 milyon manatlıq emissiyasının növbəti tranşı yerləşdiriləcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

18 avqust 2025-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 30 milyon manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 007.9167 manat qiyməti ilə satışa çıxarılacaq.

Bu barədə Trend Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 28 aprel 2025-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti