...

2026-cı ildə ÜDM artımına əsas səbəbin qeyri-neft-qaz sektoru olacağı gözlənilir - AMB

İqtisadiyyat Materials 13 Avqust 2025 12:06 (UTC +04:00)
2026-cı ildə ÜDM artımına əsas səbəbin qeyri-neft-qaz sektoru olacağı gözlənilir - AMB
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi artım perspektivlərinə dair gözləntilər ümumilikdə nikbin olaraq qalır. Mərkəzi Bankın 2025-ci ilin iyul proqnozlarına əsasən, cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 3.0%, qeyri-neft-qaz ÜDM-i üzrə 4.2% olacağı gözlənilir. 2025-ci ildə ÜDM-nin artımı, əsasən, qeyri-neft-qaz sektorundan təsirlənəcək.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir

Məlumata görə, 2026-cı ildə real iqtisadi artımın ümumi və qeyri-neft-qaz üzrə müvafiq olaraq 2.2% (136.3 mlrd. manat) və 4.3% (93.7 mlrd. manat) olacağı proqnozlaşdırılır. 2026-cı ildə ÜDM artımına əsas səbəbin qeyri-neft-qaz sektoru olacağı gözlənilir.
Qeyd edilib ki, neft-qaz sektorunda ÜDM 2025-ci il 1.2% artım, 2026-cı ilə -1.2% azalma proqnozlaşdırılır. Qeyd edək ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır.
"2025 və 2026-cı illər üzrə iqtisadi artım proqnozunun reallaşması ev təsərrüfatlarının real istehlak xərclərinin dinamikasından asılı olacaq. Digər tərəfdən qlobal əmtəə və maliyyə bazarlarındakı qeyri-müəyyənliklər də müxtəlif kanallarla iqtisadi artım proqnozlarının reallaşmasına təsir edə bilər", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti