Bakı. Trend:
Yelo Bank gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata
keçirdiyi Yelo School layihəsinin növbəti epizoduna start verir.
Daha öncə pərakəndə bankçılıq sahəsinə həsr olunmuş və 3 ay davam
edən təlim-təcrübə proqramı nəticəsində 8 uğurlu iştirakçı Yelo
Bank-da işə qəbul olunub. Layihənin yeni mərhələsi isə mikro kredit sahəsinə
fokuslanır.
Bu layihə çərçivəsində ali, orta və peşə təhsilli namizədlər üçün 3
aylıq təlim və təcrübə proqramı təşkil olunacaq. İştirakçılar mikro
biznes müştəriləri üzrə ixtisaslaşacaq, real iş mühitində praktiki
bacarıqlar qazanacaq və bankçılığın bu sahəsini dərindən
öyrənəcəklər.
Layihənin sonunda fərqlənən iştirakçıları Yelo Bank-da karyera
imkanı gözləyir. Qeydiyyat üçün link: http://bit.ly/ylschlmcr, son müraciət
tarixi isə: 31 avqust 2025.
Yelo Bank gənclərin inkişafına dəstək verməyə, bankçılıq sahəsində
yeni istedadları kəşf etməyə davam edəcək. Bankın daha çox
layihələrindən xəbərdar olmaq üçün sosial şəbəkələrdə Yelo Team
səhifəsini izləyə bilərsiniz.
Bank xidmətləri haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!