Bakı.Trend:
SOCAR Türkiyə şirkətinin baş direktoru Elçin İbadov və Türk Hava Yollarının baş direktoru Bilal Ekşi SOCAR Türkiyə ilə Türk Hava Yolları arasında Dayanıqlı Aviasiya Yanacağı (SAF) sahəsində əməkdaşlığı əhatə edən Anlaşma Memorandumu imzalayıblar.
Bu barədə Trend SOCAR Türkiyəyə istinadən xəbər verir.
Məlumata görə, bu, Türk Hava Yolları ilə mövcud reaktiv yanacaq əməkdaşlığını SAF sahəsinə qədər genişləndirəcək, eyni zamanda regional davamlılıq məqsədlərinə yönəlmiş daha geniş layihələrin həyata keçirilməsi üçün zəmin yaradacaq.
"Ötən il Azərbaycanın ev sahibliyi etdiyi COP29-da qeyd etdiyimiz davamlılıq vizyonumuzu Türkiyədə konkret layihələrlə həyata keçirməkdən qürur duyuruq. Qrup şirkətimiz STAR Refinery-nin yüksək istehsal gücü, qabaqcıl emal texnologiyaları, rəqəmsallaşmaya yönəlmiş müasir əməliyyatlar və Ar-Ge səylərimiz sayəsində SAF istehsalında güclü və rəqabətə davamlı infrastrukturumuz var", - məlumatda qeyd olunub.