...

Londonda Azərbaycan-Britaniya biznes şurası təsis edilib (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2025 11:55 (UTC +04:00)
Londonda Azərbaycan-Britaniya biznes şurası təsis edilib (FOTO)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 30-da Azərbaycanın Böyük Britaniyadakı səfirliyində “Azərbaycanın suveren kredit reytinqi və iqtisadi perspektivləri: Qafqaz və Mərkəzi Asiyanın regional potensialının açılması” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Trend bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə istinadən xəbər verir

Məlumata görə, tədbir çərçivəsində Azərbaycan-Britaniya Biznes Şurasının yaradıldığı elan olunub. Şuranın məqsədi iki ölkə arasında ticarət-iqtisadi əlaqələri möhkəmləndirmək, biznes dairələri arasında əməkdaşlığı dəstəkləmək, ikitərəfli ticarətin, təcrübə və bilik mübadiləsinin inkişafına, biznes ictimaiyyətinin maraqlarının qorunmasına, eləcə də mədəni əlaqələrin genişlənməsinə töhfə verməkdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxışında qeyd edib ki, əldə olunmuş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və müdrik siyasi, iqtisadi və sosial islahatların nəticəsidir. O, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanmasının və normallaşma prosesinin yalnız iki ölkə üçün deyil, həm də bütün Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üçün yeni imkanlar açdığını vurğulayıb.

Onun sözlərinə görə, bu, regional ticarət və nəqliyyat dəhlizlərinin daha səmərəli fəaliyyəti, enerji və logistika layihələrinin genişlənməsi, həmçinin iqtisadi əməkdaşlığın və investisiya axınının artması üçün şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti