Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (DB) arasında makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, eləcə də rəqəmsal ödənişlərin inkişaf məsələləri müzakirə olunub.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorunda
həyata keçirilən islahatlar, eləcə də rəqəmsal ödənişlərin inkişaf
məsələləri müzakirə olunub. Eyni zamanda, Mərkəzi Bank ilə
əməkdaşlıq çərçivəsində DB tərəfindən icra edilən “Maliyyə
sektorunun modernləşdirilməsi 3” layihəsi üzrə həyata keçirilmiş və
nəzərdə tutulan işlər barədə danışılıb.
Görüşdə həmçinin DB-nin Azərbaycandakı fəaliyyəti və gələcək
perspektivləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
 
                                     
                                    