...

Azərbaycan fındıq ixracından 100 milyon dollar qazanıb

İqtisadiyyat Materials 31 Oktyabr 2025 15:48 (UTC +04:00)
Azərbaycan fındıq ixracından 100 milyon dollar qazanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 99,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 milyon ABŞ dolları və ya 39,5% çoxdur.

Təkcə sentyabrda isə Azərbaycan 12,1 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 9% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti