...

ADY ixrac gəlirini 6 dəfəyə yaxın artırıb

İqtisadiyyat Materials 31 Oktyabr 2025 16:52 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 1,5 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları aparıb.

Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 5,6 dəfə çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti