Bakı. Trend:
Azərbaycan və Ukrayna arasında səhiyyə sənayesi sahəsində işbirliyinin dərinləşdirilməsi barədə müzakirə aparılıb.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Belə ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ukraynanın səhiyyə naziri Viktor Lyaşko ilə görüşüb.
İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığa önəm verdiyi qeyd olunub. Ukrayna ilə müxtəlif iqtisadi istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığı münasibətlərdə mühüm istiqamətlərdəndir.
Tərəflər Azərbaycan və Ukrayna arasında səhiyyə sənayesi sahəsində işbirliyinin dərinləşdirilməsi, dərman vasitələrinin birgə istehsalı barədə fikir mübadiləsi aparıblar.
