Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,674 milyard manata çatıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 65,6 milyon manat və ya 4,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 173,8 milyon manat və ya 11,6% çoxdur.
Qeyd edək ki, ümumilikdə, bu ilin oktyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,042 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 577,2 milyon manat və ya 1,9%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,6 milyard manat və ya 9,3% artım deməkdir.
