Bakı. Trend:
Özbəkistan üçün digər ölkələrlə, o cümlədən Azərbaycanla nəqliyyat əlaqəliliyi son dərəcə önəmlidir.
Trend xəbər verir ki, bunu Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafına dair Dövlət Siyasətinin Təhlili, Dəstəklənməsi və Koordinasiyası Departamentinin direktoru Timur Xusanov “Asiyada Kiçik və Orta Biznesin Monitorinqi 2025” (ASM 2025) adlı hesabatının Bakıdakı təqdimatı zamanı bildirib.
“Ölkədə iqtisadiyyatın dayanıqlığını və sabit fəaliyyətini təmin edən etibarlı infrastruktur yaradılıb. Bununla yanaşı, Özbəkistan üçün nəqliyyat əlaqəliliyi – yol xəritələrinin, dəmir yolu və avtomobil yollarının inkişafı, o cümlədən Azərbaycanla əməkdaşlıq son dərəcə vacibdir. Bu, strateji əhəmiyyət daşıyır və İqtisadiyyat Nazirliyi olaraq bizim əsas vəzifəmiz sahibkarlar üçün əlverişli və müasir infrastrukturun yaradılmasından ibarətdir”, – deyə Xusanov qeyd edib.
