Bakı. Trend:
"AZCON Holding" şirkətlərindən olan ADY-nin Bakı Limanında bu ilin 10 ayı ərzində 7 milyon tona yaxın və ya ötən illə müqayisədə 5.6 faiz daha çox yük aşırılıb.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, analoji dövrdə limanda aşırılmış 86 min TEU yük həcmi ötən ilin eyni dövrünün göstəricisini 38 faizdən çox üstələyib.
