...

ADY-nin yük və sərnişin daşınmasından əldə etdiyi gəlirlər açıqlanıb

İqtisadiyyat Materials 2 Dekabr 2025 12:37 (UTC +04:00)
ADY-nin yük və sərnişin daşınmasından əldə etdiyi gəlirlər açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bu ilin yanvar-sentyabr aylarında yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 296,391 milyon manat təşkil edib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən ilin 9 ayı ilə müqayisədə bu gəlirlərin həcmi 27 milyon manat və ya 8,3% azalıb.

Gəlirlərin strukturunda yükdaşımalar üzrə gəlirlər 284,320 milyon manat (9,8% az), o cümlədən beynəlxalq istiqamətlər üzrə 246,147 milyon manat (10,5% az), daxili istiqamətlər üzrə isə 38,173 milyon manat (5,2% az) təşkil edib.

Hesabat dövründə Azərbaycanın dəmir yollarında sərnişindaşımalardan 12,071 milyon manat (48,4% çox) gəlir əldə edilib, bu həcmin hamısı daxili istiqamətlərdə daşımaların payına düşüb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dəmir yollarında 12,507 milyon ton yük (10,3% az) və 7,157 milyon sərnişin (19,5% çox) daşınıb.

Hesabat dövründə tranzit yükdaşımaların həcmi 4,863 milyon ton (14% az) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti