...

İƏİT mütəxəssisləri Azərbaycanda transfer qiymətləri üzrə vergi təlimləri aparıb

İqtisadiyyat Materials 3 Dekabr 2025 17:45 (UTC +04:00)
İƏİT mütəxəssisləri Azərbaycanda transfer qiymətləri üzrə vergi təlimləri aparıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndə heyəti “Vergitutma bazasının aşınması və mənfəətin süni şəkildə köçürülməsi (BEPS) layihəsi üzrə giriş proqramı və transfer qiymətlərinin tətbiqi” mövzusunda təlimlərin keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində olub.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd transfer qiymətləri üzrə siyasət və inzibatçılıq sahəsində Dövlət Vergi Xidməti əməkdaşlarının peşəkar potensialının gücləndirilməsi, eyni zamanda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığın inkişaf etdirilməsidir. Səfər çərçivəsində Dövlət Vergi Xidmətinin Mərkəzi Aparatının, Tədris Mərkəzinin, Milli Gəlirlər Baş İdarəsinin və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları üçün geniş proqramlı təlimlər keçirilib.

Səfər çərçivəsində Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəhbərliyi ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti