...

Qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 9%-ə yaxın artıb

İqtisadiyyat Materials 4 Dekabr 2025 09:58 (UTC +04:00)
Qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 9%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 11 milyard 187,6 milyon manat olub.

Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, proqnoz 102,7 faiz icra edilib.

Məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,7 faiz artıb.

Qeyd edilib ki, ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti