...

“PAŞA Bank” sahibkarlara illik 12%-dən başlayan biznes krediti təklif edir

İqtisadiyyat Materials 5 Dekabr 2025 10:14 (UTC +04:00)
“PAŞA Bank” sahibkarlara illik 12%-dən başlayan biznes krediti təklif edir

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” yerli bazarda müştərilərinin rəqabət qabiliyyətini artırmaq üçün həyata keçirdiyi təşəbbüsləri davam etdirir.

Belə ki, Bank biznes sahibləri üçün ilin sonuna özəl sərfəli kredit kampaniyasına start verib. 30 dekabr 2025-ci il tarixinədək, sahibkarlar illik cəmi 12%-dən başlayan faiz dərəcəsi və 0,3%-dən başlayan komissiya ilə biznes kreditinə müraciət edə bilərlər.

Qeyd edək ki, ilin sonuna doğru təqdim edilən bu xüsusi təklif biznes müştərilərinin likvidlik ehtiyaclarının rahat şəkildə təmin edilməsinə xidmət edir və onların dayanıqlı inkişafına dəstək olmağı hədəfləyir. Ətraflı məlumat və müraciət üçün linkə keçid alın.

Xatırladaq ki, Azərbaycan bazarında kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə “PAŞA Bank” 2024-cü ildə nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Ən yaxşı KOS bankı” mükafatına layiq görülüb. Bundan əlavə, Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “Global Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks 2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti