Bakı. Trend:
Azərbaycanda etibarlı tərəfdaşlar üçün maliyyə dayanıqlılığına dair mexanizmlər gücləndiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb.
Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə gömrük ödənişlərinin hissə-hissə ödənilməsini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması və gömrük ödənişlərinin hissə-hissə ödənilməsini təmin edən çevik və şəffaf sistemin qurulmasını həyata keçirəcək.
