...

Azərbaycan və İƏİT arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 10 Dekabr 2025 17:26 (UTC +04:00)
Azərbaycan və İƏİT arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri ilə görüşdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

Görüşdə Azərbaycan və İƏİT arasında əməkdaşlığın illər ərzində davamlı inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, iqtisadi diversifikasiyanın dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişafı, xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi, rəqəmsallaşma və digər istiqamətlərdə görülmüş işlər tərəfdaşlığın praktiki nəticələridir. Müxtəlif formatlarda keçirilən vebinar, seminar və yüksək səviyyəli görüşlərin tərəfdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib.

Tərəflər Azərbaycan və İƏİT arasında gələcək əməkdaşlıq istiqamətlərini, korporativ idarəetmə, maliyyə, ticarət və digər sahələrdə tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti