Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 393,3 milyon manat kredit verilib.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon manat və ya 0,7% azdır.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 399,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müayisədə 19,5 milyon manat və ya 4,7% azdır.
Dövr ərzində fondun yerləşdirilmiş istiqrazlarının həcmi 50 milyon manat və ya 10% artaraq 550 milyon manat təşkil edib.
Bundan başqa, hesabat dövründə dövlət büdcəsindən fonda ayrılmış vəsaitin həcmi isə 2,5 milyon manat və ya 2,8% azalaraq 85,2 milyon manata bərabər olub.
