...

Azərbaycan meşə fındığı ixracından gəlirini 32%-ə yaxın artırıb

İqtisadiyyat Materials 30 Dekabr 2025 10:53 (UTC +04:00)
Azərbaycan meşə fındığı ixracından gəlirini 32%-ə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 149,8 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,9 milyon ABŞ dolları və ya 31,5% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə ölkədən 113,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti