...

Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşları illik ifadədə artıb

İqtisadiyyat Materials 30 Dekabr 2025 17:45 (UTC +04:00)
Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşları illik ifadədə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,679 milyard manata çatıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 14,2 milyon manat və ya 0,8% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 103,2 milyon manat və ya 6,5% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin dekabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,3% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti