...

Azərbaycan şəkər ixracından gəlirini artırıb

İqtisadiyyat Materials 3 Yanvar 2026 12:21 (UTC +04:00)
Azərbaycan şəkər ixracından gəlirini artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 79,8 min ton şəkər ixrac edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda şəkərin ixracına 57,1 milyon ABŞ dolları vəsait xərclənib.

Şəkər ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 30,4 min ton və ya 1,6 dəfə, dəyər ifadəsi ilə isə 19,6 milyon ABŞ dolları, yaxud da 1,5 dəfə artıb.

Hesabat dövründə şəkər ixracı ölkənin ümumi ixracında 0,24%, qeyri-neft sektoru üzrə ixracında isə 1,72% paya sahib olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 353,5 min ton şəkər istehsal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 24,4% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti