...

İtaliya Azərbaycan üçün Aİ-nin 500 milyonluq bazarına açılan əsas qapıdır - Nazir müavini

İqtisadiyyat Materials 13 Yanvar 2026 11:31 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya etibarlı tərəfdaş Azərbaycan üçün Aralıq dənizi hövzəsinə və Avropa İttifaqında (Aİ) 500 milyon istehlakçını əhatə edən bazara açılan əsas qapılardan biri ola bilər.

Trend xəbər verir ki, bunu bu gün İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli bu gün Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında bildirib.

Onun sözlərinə görə, komissiyanın əsas məqsədlərindən biri həm İtaliyada, həm də Azərbaycanda investisiya və biznes imkanlarının genişləndirilməsidir:

"Eyni zamanda, hər iki ölkə bağlantı layihələri, iqtisadi, mədəni və insanlararası əlaqələrin daha da inkişafı baxımından strateji yanaşmaya malikdir. İtaliya etibarlı tərəfdaş Azərbaycan üçün Aralıq dənizi hövzəsinə və Avropa İttifaqında 500 milyon istehlakçını əhatə edən bazara açılan əsas qapılardan biri ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti