...

Məhsulumuzu ABŞ-yə də göndərə bilərik - "SOCAR Karbamid"

İqtisadiyyat Materials 21 Yanvar 2026 14:51 (UTC +04:00)
Məhsulumuzu ABŞ-yə də göndərə bilərik - "SOCAR Karbamid"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün "Karbamid" zavodu daxili gübrə tələbatını 100% qarşılayır və Azərbaycan gübrə sahəsində mühüm ixracatçıya çevrilib.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Karbamid” zavodunun direktoru Kutay Durna bu gün rəhbərlik etdiyi müəssisənin Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilməsi və zavodda həyata keçirilən layihələrə dair tədbirdə deyib.

Onun sözlərinə görə, "Karbamid" zavodu daxili tələbatı 100% qarşılayır ki, bu da ümumi istehsalın 12%-ni təşkil edir:

"Hazırda biz zavodda istehsal edilən gübrənin Ukrayna, Rumıniya, Bolqarıstan, Türkiyə və Kanadaya ixracını da həyata keçiririk. Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsa edir.

Ümumilikdə, zavodun istehsal gücü illik 650 min ton həcmindədir. Müştərilərimizin 95%-dən çoxu kənd təfərrüatı üzrədir, çünki karbamid gübrə kimi tətbiq edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti