Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Hindistana 167,3 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 335 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 562,5 milyon ABŞ dolları və ya 77 faiz, həcm baxımından isə 834 min ton və ya 71,3 faiz azalıb.
2024-cü ildə Azərbaycandan Hindistana 729,8 milyon ABŞ dolları dəyərində 1,169 milyon ton neft və neft məhsulları ixrac olunmuşdu.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.
