...

Qızılın qiyməti tarixi maksimumu yenilədi

İqtisadiyyat Materials 26 Yanvar 2026 07:25 (UTC +04:00)
Qızılın qiyməti tarixi maksimumu yenilədi

Bakı. Trend:

Nyu-York Ticarət Birjasının Comex bölməsində 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçerslərinin dəyəri yeni tarixi rekord müəyyənləşdirərək bir troya unsiyası üçün 5 min dollar səviyyəsinə yüksəlib.

Trend xəbər verir ki, bu barədə ticarət platformasının açıqladığı məlumatlarda qeyd olunub.

Bakı vaxtı ilə saat 03:03-ə olan göstəricilərə əsasən, qiymətli metalın bir troya unsiyasının qiyməti 5 007,5 dollar təşkil edib ki, bu da 0,49 faiz artım deməkdir.

Saat 03:14-ə qədər isə qızılın qiyməti artımını davam etdirərək bir troya unsiyası üçün 5 020,7 dollara çatıb və artım 0,75 faiz olub.

Xəbər lenti

Xəbər lenti