Bakı. Trend:
2025-ci ildə Azərbaycanda kredit sığortası üzrə 5,681 milyon manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 422 min manat və ya 8% çoxdur.
Hesabat dövründə kredit sığortası üzrə ödənişlər isə 16 min manat və yaxud 21% azalaraq 60 min manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manat və ya 22,3% artım deməkdir.
