...

DİM-in 820 işçisinin sığortasına 238 min manat vəsait sərf olunacaq

İqtisadiyyat Materials 28 Yanvar 2026 20:06 (UTC +04:00)
DİM-in 820 işçisinin sığortasına 238 min manat vəsait sərf olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) işçilərinin könüllü tibbi sığortasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, DİM bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, DİM ümumilikdə 820 işçisini (340 işçi, 480 ailə üzvü (o cümlədən 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq) sığortalayacaq şirkəti artıq müəyyənləşdirib.

Qurum işçilərinin könüllü tibbi sığortası üçün "Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə razılaşıb və müqavilə bağlanılıb.

Müqaviləyə əsasən, DİM-in 820 işçisinin könüllü tibbi sığortası 237,8 min manata başa gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti