Bakı. Trend:
Ölkə üzrə unikal əmanətçilərin sayı 2025-ci ilin sonuna 194 mini üstələyib.
Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi üçün likvidliliyin örtülməsi əmsalı tətbiq edilib:
"Bu da banklara tələb gətirdi ki, daha çox müddətli depozitlərin cəlb edilməsi ilə məşğul olsunlar. Sistem əhəmiyyətli bankların depozit faizləri 6% həddində idi. Likvidliliyin örtülməsi əmsalı və faiz xərclərinə ədalətlilik prinsipi tətbiq edildikdən sonra bankların faiz xərcləri artdı. Bu islahatların nəticəsi olaraq 2025-ci ildə əhalinin müddətli əmanətləri 19.9% və ya 1,7 milyard manat artaraq 103 milyard manatı üstələyib".
"2023-cü ilin sonunda ölkə üzrə unikal əmanətçilərin sayı 106,7 min nəfər təşkil etdiyi halda 2025-ci ilin sonuna 194 mini üstələyib.
Beləliklə, son 30 il ərzində formalaşan təxminən 100 minlik əmanətçi bazası cəmi son 2 il ərzində iki dəfəyə yaxın artım nümayiş etdirib", - o qeyd edib.
