...

Azərbaycanda lombard və lizinq fəaliyyəti üzrə tənzimləmələr təkmilləşdiriləcək

İqtisadiyyat Materials 4 Fevral 2026 12:18 (UTC +04:00)
Azərbaycanda lombard və lizinq fəaliyyəti üzrə tənzimləmələr təkmilləşdiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "Lombardlar haqqında" qanunun yeni layihəsini hazırlayıb və AMB bu sahədə daha çox istehlakçıların hüquqlarının müdafiəsinə fokuslanacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

T.Kazımov lizinq haqqında yeni qanunun qəbul olunacağını vurğulayıb. Onun sözlərinə görə, həmin qanunun layihəsi də hazırdır.

"Müvafiq dövlət qurumlarının rəyi alınır, düşünürəm ki, sənəd bu il qəbul olunacaq", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti