...

Sığorta şirkətlərinin İSB-yə sorğuları 97% azalıb

İqtisadiyyat Materials 10 Fevral 2026 11:33 (UTC +04:00)
Sığorta şirkətlərinin İSB-yə sorğuları 97% azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İcbari Sığorta Bürosuna sığorta şirkətlərindən daxil olan sorğular 97% azalıb.

Trend xəbər verir ki, bunu bu gün “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, büro üzvü olmayan sığortaçılar üçün könüllü sığorta müqavilələri üzrə “Forma 4” məlumatlarının elektron qaydada sorğulanmasının təmin edilməsi layihəsi tamamlanıb: "Nəticədə sığorta şirkətlərinin bu növ sorğular üçün Büroya müraciət etməsinə ehtiyac qalmayıb və məlumatların sığorta şirkətləri tərəfindən birbaşa əldə edilməsi imkanı yaradılıb.

Bununla da büroya daxil olan sorğuların sayı aylıq təxminən 600-dən 15–20-yə enib, yəni təxminən 97% azalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti