...

“FINCA Azerbaijan” BOKT 1-ci İnvestor Mikromaliyyə Forumunda mükafatlandırılıb (FOTO)

İqtisadiyyat Materials 11 Fevral 2026 09:30 (UTC +04:00)
“FINCA Azerbaijan” BOKT 1-ci İnvestor Mikromaliyyə Forumunda mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Kapital Bazarları Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə “Kapital Bazarlarına Çıxış” adlı 1-ci İnvestor Mikromaliyyə Forumu keçirilib. Forumun əsas məqsədi investorlar ilə bank olmayan kredit təşkilatları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, konkret investisiya imkanlarının müəyyənləşdirilməsi və mikromaliyyə sektorunun inkişafına töhfə verən əməkdaşlıq mexanizmlərinin formalaşdırılması olub.

Forumda Azərbaycanın maliyyə bazarının aparıcı təşkilatlarından olan "FINCA Azerbaijan" BOKT da iştirak edib. Tədbir çərçivəsində təşkilatın Baş Maliyyə İnzibatçısı (CFO) Ruqiyyə Əliyeva çıxış edərək "FINCA Azerbaijan"ın uğurlu maliyyə göstəriciləri, fəaliyyət modeliç həmçinin kapital bazarlarında əldə etdiyi təcrübə, bu istiqamətdə qarşılaşılan əsas çağırışlar və sektor üzrə potensial inkişaf imkanları barədə məlumat verib.

Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən "FINCA Azerbaijan" BOKT “Gender Bərabərliyinin Təşviqində qabaqcıl təşkilat” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb. Mükafat Forumda təşkilatın rəsmi nümayəndəsi olan Ruqiyyə Əliyevaya təqdim edilib.

1999-cu ildən fəaliyyət göstərən “FINCA Azerbaijan” hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından biridir. Təşkilat kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət yetirir. “FINCA Azerbaijan” dövlət tənzimləyici orqanları, eləcə də Azərbaycan Mikromaliyyə Assosiasiyası da daxil olmaqla, bir çox maraqlı tərəflərlə səmərəli və güclü əməkdaşlıq münasibətləri qurub.

Xəbər lenti

Xəbər lenti