...

Naxçıvanın yanvar ayında ÜDM həcmi açıqlandı

İqtisadiyyat Materials 16 Fevral 2026 18:00 (UTC +04:00)
Naxçıvanın yanvar ayında ÜDM həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Baku. Trend:

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 113,8 milyon manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Trend bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 1,6 faiz çoxdur.

Son bir ildə muxtar respublikada adambaşına düşən ÜDM-in həcmi 1,3% artaraq 240,9 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar ayında Azərbaycanda 9 milyard 78,7 milyon manat məbləğində ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 1,7% çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6%, qeyri-neft-qaz sektorunda isə 2,3% artıb.

ÜDM-in istehsal strukturunda 33,9% sənayenin, 11,7% ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,8% nəqliyyat və anbar təsərrüfatının, 3,6% tikintinin, 3,3% kənd, meşə təsərrüfatı və balıqçılığın, 2,4% turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2,2% informasiya və rabitə sahəsinin, 23,4% isə digər sahələrin payına düşüb. Məhsullara və idxala xalis vergilər ÜDM-in 11,7%-ni təşkil edib.

Adambaşına düşən ÜDM 884,5 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti