...

Azərbaycanın Maliyyə Nazirliyi sığorta şirkətinin fəaliyyətini dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2007 15:25 (UTC +04:00)
Azərbaycanın Maliyyə Nazirliyi sığorta şirkətinin fəaliyyətini dayandırıb

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Şənbə günü Azərbaycanın Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsinin rəisi Namiq Xəlilovun verdiyi məlumata görə, Azərbaycanın Maliyyə Nazirliyi "QorqudSığorta" sığorta şirkətinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Xəlilovun sözlərinə görə, Maliyyə Nazirliyi ilin hər rübündə keçirilən yoxlamalar zamanı aşkar edib ki, "QorqudSığorta"nın fəaliyyəti "Sığorta haqqında" Qanunun 46-cı maddəsinin dördüncü bəndinə ziddir, qanunun bu maddəsinə əsasən şirkətin öz kapitalı nizamanamə kapitalından az olmamalıdır.

Mövcud qanuna əsasən, sığorta şirkətlərinin tələb olunan minimum nizamnamə kapitalı 700 min manat təşkil etməlidir.

"QorqudSığorta"nın öz kapitalı nizamnamə kapitalından xeyli aşağıdır" - deyə Xəlilov bildirib.

"QorqudSığorta" şirkətində ümid edirlər ki, Maliyyə Nazirliyi ilə bazar ertəsi aparılacaq danışıqlardan sonra problem həll olunacaq.

Maliyyə Nazirliyi sentyabr 21-də "QorqudSığorta" şirkətinə 2006-cı il oktyabrın 25-də verilən lisenziyanı geri götürüb.

"QorqudSığorta" 2006-cı ildən Azərbaycanın sığorta bazarında müştərilər qarşısında öhdəliklərini yerinə yetirməyən "BirlikSığorta" şirkətini əvəz edib. Şirkətin təsisçiləri struktur dəyişiklikləri apararaq, şirkətin adını dəyişib, "QorqudSığorta" adlandırıblar.

Xəbər lenti

Xəbər lenti