...

Dövlət Baytarlıq Xidməti Azərbaycanda "quş qripi" virusunun olmadığını bəyan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2007 15:02 (UTC +04:00)
Dövlət Baytarlıq Xidməti Azərbaycanda "quş qripi" virusunun olmadığını bəyan edib

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ "Quş qripi" təhlükəsi ilə bağlı Azərbaycanda birinci payız monitorinqi virusun olmadığını aşkar edib. Bu barədə şənbə günü Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti məlumat verib. 26 baş çöl quşu və 727 ev quşundan götürülmüş nümunələr üzərində laboratoriya yoxlamaları aparılıb. Virus daşıyıcısı aşkar olunmayıb.

Monitorinq sentyabrın 24-də başlayıb və Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcəbədi və Lənkəranda keçirilib. Monitorinqi Baytarlılq Xidməti, Ekologiya, Səhiyyə nəzirlikləri və Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət xüsusi İşçi qrupu keçirib.

Növbəti monitorinqin 22 oktyabrda başlanılması planlaşdırılır.

Bu il Dövlət Xidməti 9 monitorinq keçirib və onlardan heç birində "quş qripi" virusu aşakar olunmayıb.

Azərbaycanda quş ovu, vəhşi quşların satışı və ətinin istifadəsinə qadağa qüvvədə qalır. Bütün sərhəd baytarlıq məntəqələri gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

Xəbər lenti

Xəbər lenti