...

Nazir: "Polşa Azərbaycana onun kreditlərindən istifadə etmək hüququ təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2007 15:50 (UTC +04:00)

Polşa, Varşava / Trend , müxbir S.Ağayeva/ Polşa Azərbaycana, onun kreditlərindən istifadə etmək hüququ təklif edir" - deyə cümə günü Varşavada Polşanın iqtisadiyyat naziri Petr Voznyak jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Polşa xidmətlər və kənd təsərrüfatı kimi sahələrdə kreditlər verməyə hazırdır. "Kreditlər Azərbaycan tərəfinin bizə təklif edə biləcəyi layihələrə ayrılacaq" - deyə Petr Voznyak bildirib.

Onun bildirdiyinə görə, kreditlərin həcmi, layihələrdən asılı olaraq, on milyonlarla təşkil edə bilər.

Nazirin qeyd etdiyinə görə, Polşa hökuməti böyük şəhərlərin sutəmizləyici qurğuları və su təminatı sisitemlərinin yenidən qurulmasının reallaşdırılması məqsədilə kreditlərin götürülməsini Azərbaycan üçün əlverişli hesab edir.

"Biz yaxın zamanlarda Bakıda təkliflərimizi Azərbaycan tərəfi ilə müzakirə etmək və hökumətə xidmətlərimizi təklif etməyə hazırıq" - deyə Voznyak bildirib.

Xəbər lenti

Xəbər lenti